Ukrayna millisi Rusiya ilə matça çıxmadı, məğlubiyyət aldı

ukrayna-millisi-rusiya-ile-matca-cixmadi-meglubiyyet-aldi
Oxunma sayı: 3597

Misirin paytaxtı Qahirədə keçirilən qılıncoynatma üzrə dünya kubokunda kişilərdən ibarət Ukrayna millisinə texniki məğlubiyyət verilib. 

“Qafqazinfo” “sport.ua” saytına istinadən xəbər verir ki, buna Ukrayna millisinin Rusiya ilə 1/8 final görüşünə çıxmaması səbəb olub.

Ukraynalı idmançılar ruslarla qarşılaşmaqdan imtina etdikləri üçün texniki məğlubiyyət alıblar.
 
Rusiya qoşunlarının Ukraynaya işğalçı hücumu dünyada böyük narazılığa səbəb olub.