Ukrayna millisinin oyunu təxirə salındı

ukrayna-millisinin-oyunu-texire-salindi
Oxunma sayı: 1312

Basketbol üzrə Ukrayna və İspaniya milli komandaları arasında dünya çempionatının seçmə oyunu təxirə salınıb.

“Qafqazinfo” Beynəlxalq Basketbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, fevralın 27-də Kiyevdə keçirilməsi planlaşdırılan görüş regiondakı hərbi-siyasi vəziyyətlə əlaqədar ertələnib.
Komandalar ilk oyunu fevralın 24-də, İspaniyanın Kordoba şəhərində keçirəcək.

Ukrayna ilə İspaniya dünya çempionatının seçmə mərhələsində Gürcüstan və Şimali Makedoniya ilə birlikdə G qrupunda yer alıblar. Qrupa 4 xalla İspaniya başçılıq edir. Gürcüstan və Ukraynanın 3, Şimali Makedoniyanın 2 xalı var.