Ukrayna MN nümayəndə heyətinin üzvünün öldüyünü təsdiqlədi

ukrayna-mn-numayende-heyetinin-uzvunun-olduyunu-tesdiqledi
Oxunma sayı: 5963

Ukrayna Müdafiə Nazirliyi Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin üzvü Denis Kireyevin öldüyünü təsdiqləyib.

“Qafqazinfo” xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatında deyilir: 

“Xüsusi tapşırıqların yerinə yetirilməsi zamanı üç kəşfiyyatçı – Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əməkdaşları: Aleksiy İvanoviç Dolya, Valeri Viktoroviç Çibineyev, Denis Borisoviç Kireyev həlak olub”.

Qeyd edək ki, Ukrayna Ali Radasının deputatı Aleksandr Dubinski iddia edib ki, Kireyev Ukraynanın Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılarkən öldürülüb. O, dövlətə xəyanətdə şübhəli bilinib.