Ukrayna MSK Savçenkonun namizədliyini qeydə almadı

ukrayna-msk-savcenkonun-namizedliyini-qeyde-almadi
Oxunma sayı: 762

Ukraynada prezidentliyə namizədlərin sayı 42 nəfərə çatıb.

“Qafqazinfo” “Ukrinform”a istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyası daha bir nəfərin namizədliyini qeydə alıb.

MSK deputat Nadejda Savçenkonun namizədliyini qeydə almaqdan isə imtina edib. 

Namizədlərin qeydiyyatı fevralın 8-də başa çatacaq. Seçkilər isə martın 31-də keçiriləcək.