“Ukrayna münaqişəsində həlledici məqam çatıb” - Şolts

ukrayna-munaqisesinde-helledici-meqam-catib
Oxunma sayı: 4257

“Aİ-yə üzv dövlətlər və digər ölkələr Ukraynaya daha çox yardım etməlidir, çünki Almaniya bu cür ağır yükü təkbaşına daşıya bilməz”.

“Qafqazinfo” “Əl-Cəzirəyə” istinadən xəbər verir ki, bu sözləri Almaniya Kansleri Olaf Şolts deyib.

Şolts bildirib ki, Ukraynaya göndərilən yardımların ümumi həcmində Almaniyanın payı həddindən çoxdur. Bu isə ədalətli deyil:

“Bizim töhfəmiz olmalıdır, amma başqa dövlətlər də bunu etməyə maraqlı olmalıdırlar”.

Kansler Aİ-nin 1 fevralda keçiriləcək sammitində Kiyevə yardım göstərməklə bağlı yükün bölüşdürülməsi məsələsini qaldıracağını bildirib.

“Ukraynadakı münaqişədə həlledici məqam artıq çatıb. Burada hər kəsin payı eyni səviyyədə olmalıdır”.

Şolts xatırladıb ki, Berlin 2024-cü ildə Ukraynaya dəstək üçün 7 milyard avrodan çox vəsait ayıracaq ki, bu da Aİ ölkələrinin bütün yardımlarının yarısından çoxunu təşkil edəcək.