Ukrayna Nailə Əsgərzadəyə sanksiya tətbiq etdi

ukrayna-naile-esgerzadeye-sanksiya-tetbiq-etdi
Oxunma sayı: 12927

Ukraynanın Mədəniyyət Nazirliyi sanksiyalar siyahısına əlavə ediləcək Rusiya mədəniyyət xadimlərinin adlarını açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yeni siyahıya 46 nəfər daxil edilib.

Siyahıda əslən azərbaycanlı olan və Rusiyada fəaliyyət göstərən media nümayəndəsi Nailə Əsgərzadə də var.

Qeyd edək ki, siyahıda Nikolay Baskov, Dmitri Bilan, Timati, Nikita Mixalkov, Vladimir Maşkov, Aleksandr Duqin də yer alıb.