Ukrayna NATO-dan qırıcı təyyarələr istədi

ukrayna-nato-dan-qirici-teyyareler-istedi
Oxunma sayı: 1306

Ukrayna NATO ölkələrindən qırıcı təyyarələrin tədarükü üçün səylərini artırmağı xahiş edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk məlumat verib.

“Rusiyanın hava hücumlarından qoruyan müasir və dördüncü nəsil döyüş təyyarələrni əldə etmək üçün səylərinizi artırmağınızı xahiş edirəm”, - deyə Oleşçuk bildirib.

O vurğulayıb ki, tərəfdaşların koordinasiyalı hərəkətləri Ukraynanın ən qısa zamanda çoxməqsədli təyyarələrə sahib olmasını təmin edəcək.