Ukrayna NATO-dan yardım istəyib

ukrayna-nato-dan-yardim-isteyib
Oxunma sayı: 1903

NATO Ukraynadan "müxtəlif xarakterli" fövqəladə hallar zamanı beynəlxalq yardım tələbi ilə sorğu aldığını təsdiqləyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının məlumatında deyilir. 

“Ukraynanın Dövlət Fövqəladə Hallar Xidməti mülki əhaliyə təsir edə biləcək müxtəlif xarakterli genişmiqyaslı fövqəladə hallara hazırlaşır. Göstərilən prosedurlara uyğun olaraq, 15 fevral 2022-ci il tarixində Avro-Atlantik Fəlakətlərə Cavab Koordinasiya Mərkəzinə (EADRCC) Ukraynadan beynəlxalq yardım tələbi ilə sorğu daxil olub”.

EADRCC Avro-Atlantik məkanda fövqəladə hallara NATO-nun əsas cavab mexanizmidir.