Ukrayna Nikolayev aeroportunu geri qaytardı

ukrayna-nikolayev-aeroportunu-geri-qaytardi
Oxunma sayı: 3314

Ukrayna hərbçiləri Nikolayev vilayətinin hava limanını geri qaytarıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə vilayət dövlət administrasiyasının rəhbəri Vitali Kim məlumat yayıb.

"Beynəlxalq hava limanı bizdədir", - Kim yazıb.

Qeyd edək ki, rus hərbçiləri bu gün səhər saatlarında “SMERÇ” reaktiv yaylım atəşi sistemlərindən Nikolayevi atəşə tutublar. Nəticədə yaşayış sektorunda və sənaye obyektlərində 5 yanğın hadisəsi baş verib.