Ukrayna nümayəndə heyəti ABŞ-yə gedəcək

ukrayna-numayende-heyeti-abs-ye-gedecek
Oxunma sayı: 1711

Ukraynanın müdafiə naziri Rustem Umerov, ölkə Prezidenti Volodimir Zelenskinin Ofisinin rəhbəri Andrey Yermak və energetika naziri German Qaluşenko iyulun 2-də Vaşinqtona gedəcəklər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

“Onların əsas vəzifəsi ABŞ və alyansın gələn həftə keçiriləcək sammitində Kiyevə hansı təhlükəsizliyə təminat verməyə hazır olduqlarını öyrənməkdir”, - məlumatda bildirilir.

Bildirilib ki, Ukrayna nümayəndə heyətini ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan qəbul edəcək.

Qeyd olunur ki, Volodimir Zelenski də ABŞ paytaxtında keçiriləcək sammitə dəvət olunub.