“Oxford/AstraZeneca” peyvəndi Ukraynada qeydiyyata alınıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin teleqram hesabında məlumat verilib.
“Səhiyyə Nazirliyi təcili tibbi istifadə üçün “Oxford/AstraZeneca” peyvəndini qeydiyyata aldı”,- deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, kod adı “AZD1222” olan peyvənd Oksford Universiteti və İngiltərə-İsveç şirkəti “AstraZeneca” tərəfindən birgə inkişaf etdirilib.