Ukrayna Olimpiya Oyunlarını boykot edə bilər

ukrayna-olimpiya-oyunlarini-boykot-ede-biler
Oxunma sayı: 2291

Ukrayna Rusiya və Belarusun Beynəlxalq Olimpiya Komitəsinin (BOK) oyunlara buraxılacağı təqdirdə Olimpiya Oyunlarını boykot edə bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə Ukraynanın gənclər və idman naziri, Milli Olimpiya Komitəsinin prezidenti Vadim Qutçayt məlumat verib.

O, BOK-un 25 yanvar tarixli ruslar və belarusluların bir sıra şərtlərə uyğun olaraq neytral statusda beynəlxalq yarışlarda iştirakına icazə verilməsi təklifi irəli sürülən bəyanatına cavab verib.

“Təəssüf ki, BOK-un təşkil etdiyi məsləhətləşmələr çərçivəsində MOK-ların əksəriyyəti tərəfindən rus və belarusların qəbulu məsələsi qaldırıldı. Ukrayna və bəzi tərəfdaş dövlətlər təcavüz bitməmiş buna qarşı çıxdılar. Bütün Ukrayna cəmiyyəti üçün bu, prinsipial məsələdir”, - o qeyd edib.