Ukrayna ordusu Rumıniyada F-16 təlimi keçəcək

ukrayna-ordusu-ruminiyada-f-16-telimi-kececek
Oxunma sayı: 1204

Ukrayna ordusu Rumıniyada F-16 qırıcılarını idarə etmək üçün təlim keçəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkə Prezidentinin Administrasiyası məlumat yayıb.

“Görüşdə Rumıniyanın yeni transatlantik layihədə iştirakı, yəni ölkədə F-16 təyyarələrinin pilotlarının hazırlanması üçün strukturun yaradılması müzakirə edilib. Digər müttəfiqlərlə və bu döyüş təyyarəsini hazırlayan şirkətlə birlikdə Rumıniyada bu təyyarələri idarə edəcək pilotların hazırlanması üçün regional mərkəz yaradılacaq”, - administrasiyadan bildirilib.