Ukrayna ordusunda vuruşan azərbaycanlı generalın oğlu yaralandı - Foto

ukrayna-ordusunda-vurusan-azerbaycanli-generalin-oglu-yaralandi
Oxunma sayı: 8715

Ehtiyatda olan azərbaycanlı generalın Ukrayna ordusunda vuruşan oğlu yaralanıb. 

 

“Qafqazinfo” Oxu.az-a istinadən xəbər verir ki, 1995-ci il təvəllüdlü Vəliyev Teymur Fikrət oğlu müqavilə əsasında Ukrayna ordusunun sıralarında yer alır. O, Ukrayna Milli Qvardiyasının polkovnik Pyotr Bolboçan adına üçüncü operativ təyinatlı briqadasında xidmət edir.

O, fevralın 27-də Xarkovun azad edilməsi uğrunda döyüşlərdə yaralanıb.

Qeyd edək ki, Teymur Vəliyevin atası Fikrət Vəliyev də hərbçidir. O, ehtiyatda olan generaldır.