Ukrayna parlamenti Ukrayna ordusunun şəxsi heyətinin sayının artırılması ilə bağlı qanun layihəsini qəbul edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin ordunun sayının artırılması ilə bağlı layihəsi parlamentdə ümumi səsverməyə çıxarılıb.
Millət vəkillərinin əksəriyyətinin qəbul etdiyi layihəyə görə, Ukrayna ordusunda hərbi və mülki şəxslərin sayı 4,4 faiz artırılaraq, 261 min nəfərə çatdırılacaq.
Artımla hərbçi sayı 215 minə çatacaq, qalanları isə mülki şəxslərdən ibarət olacaq.
Ukrayna ordusunda hazırda 204 min hərbçi olmaqla, 250 min nəfər fəaliyyət göstərir.
Son xəbərlər
Son Xəbərlər