“Ukrayna ötən ay 8300 hərbçi itirib” - Şoyqu

ukrayna-oten-ay-8300-herbci-itirib
Oxunma sayı: 1365

“Ukrayna Silahlı Qüvvələri noyabrda 8300-dən çox hərbçi itirib”.

“Qafqazinfo” “Vedomosti” portalına istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın müdafiə naziri Sergey Şoyqu nazirlikdə iclas zamanı açıqlayıb.

Onun sözlərinə görə, Ukrayna tərəfi noyabrda 5 təyyarə, 10 helikopter, 149 tank və 300-dən çox zirehli döyüş maşını itirib.

Şoyqu qeyd edib ki, Ukrayna canlı qüvvə və texnika baxımından ən çox itkini Luqansk-Donetsk və Cənubi Donetsk istiqamətlərində verib.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi sentyabrın 21-i yaydığı məlumatda müharibə zamanı 61 207 ukraynalı hərbçinin öldüyünü, daha 49 368-nin isə yaralandığını açıqlamışdı. Şoyqu bu zaman Rusiya tərəfindən müharibədə ümumilikdə 5937 hərbçinin öldüyünü bəyan etmişdi.