Ukrayna Peqova qarşı qiyabi ittiham irəli sürdü

ukrayna-peqova-qarsi-qiyabi-ittiham-ireli-surdu
Oxunma sayı: 1626

Ukrayna Baş Prokurorluğu ermənipərəst rusiyalı hərbi jurnalist Semyon Peqova qarşı qiyabi olaraq ittiham irəli sürüb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb.

Peqov hərbi mövzuda təxribat xarakterli materialların hazırlanmasında ittiham edilir.

Bununla yanaşı, Ukrayna prokurorluğu Peqovu dəfələrlə “Donetsk və Luqansk Xalq Respublikaları”na səfər etməkdə və onların “rəhbər”lərindən müsahibə almaqda günahlandırır.