Ukrayna polisləri Türkiyədə təlim keçəcəklər.
“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, İstanbulda keçirilən Ümumdünya Humanitar Sammitində görüşən prezidentlər Rəcəb Tayyib Ərdoğan və Petro Poroşenko ukraynalı polislərin Türkiyədə təlim məşqlərdə iştirak etməsi haqda razılığa gəliblər.
Bu barədə Poroşenko öz sosial hesabında yazıb. Ölkə rəhbəri “Üç minə yaxın Ukrayna polisi yaxın vaxtlarda Türkiyədə təhsil və təlim-məşq keçəcəklər. Bu iki ölkə polisi arasında çox səmərəli əməkdaşlıqdır”,- yazıb.
Son xəbərlər
Son Xəbərlər