Ukrayna Polşa ilə bu məsələdə razılığa gəldi

ukrayna-polsa-ile-bu-meselede-raziliga-geldi
Oxunma sayı: 2018

Ukrayna və Polşa hökumətləri taxıl tranzitini bərpa etmək barədə razılığa gəliblər

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna hökumətinin saytında məlumat verilib.

“Danışıqların nəticələrinə əsasən qərara alınıb ki, Ukraynanın kənd təsərrüfatı mallarının Polşa ərazisindən tranziti bu il aprelin 21-dən 22-nə keçən gecə blokdan çıxarılsın”, - deyə Ukrayna Baş nazirinin birinci müavini Yuliya Sviridenko bildirib.

Siyasətçi onu da əlavə edib ki, Ukrayna hökuməti polşalı həmkarlarının problemlərinə Polşanın Kiyevin problemlərinə diqqət yetirdiyi kimi yanaşır.