“Qafqazinfo” xəbər verir ki,Ukrayna Prezidentinin başsağlığı məktubunda deyilir: “Oleq Babayev onu tanıyanların, onunla birlikdə işləyənlərin hamısının yaddaşında əsl peşəkar kimi, öz şəhərinə və Ukrayna dövlətinə sədaqətlə xidmət edən bir insan kimi qalacaq. Bu faciəli anlarda, dərin matəm günlərində sizinlə birlikdə onun xatirəsi qarşısında baş əyir və kədərlənirəm. Oleq Meydanoviçin işıqlı xatirəsi ürəklərimizdə həmişəlik yaşayacaq”.
Xatırladaq ki, Kremençuq şəhərinin meri Oleq Babayev iyulun 26-da güllə ilə vurulub. Onun “Mersedes” marklı avtomobilinin yanında dayanmış ağ rəngli “VAZ-2108” avtomobilindən merə üç güllə atılıb. Oleq Babayev hadisə yerində keçinib.
Son xəbərlər
Son Xəbərlər