Ukraynada prezident seçkiləri başlayıb.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, səsvermə prosesi saat 08:00-dan 20:00-dək davam edəcək. Prezident postuna 39 namizəd iddialıdır. Bu posta şoumen Vladimir Zelenski (30% reytinqlə), Petro Poroşenko (17% reytinqlə) və Yuliya Timoşenko (12,5% reytinqlə) daha çox şanslıdır. Sosioloqlar prezidentin ikinci turdan sonra seçiləcəyini ehtimal edirlər.
İlk turun rəsmi nəticələri aprelin 10-dək elan ediləcək, namizədlərdən heç biri 50% həddini aşa bilməsə, aprelin 21-də ikinci tur keçiriləcək. İkinci turun nəticələri isə mayın 1-dək açıqlanacaq.
Qeyd edək ki, Krımın Rusiya tərəfindən ilhaqı, Donbass ərazisinin Kiyevin nəzarətindən çıxması səbəbindən 7-10 milyon Ukrayna vətəndaşı səs verə bilməyəcək.
Son xəbərlər
Son Xəbərlər