Ukrayna prezidentləri illərdir bu təyyarədə uçur - Video

ukrayna-prezidentleri-illerdir-bu-teyyarede-ucur
Oxunma sayı: 3177

Ukrayna kanalı keçmiş prezidentlər Leonid Kuçma, Viktor Yuşşenko və Viktor Yanukoviçin vaxtilə istifadə etdikləri “İl-62” təyyarəsinin içərisini nümayiş etdirib.

“Qafqazinfo” xəbər verir ki, layner iki hissəyə ayrılıb – president üçün olan hissə, nazirlər və KİV nümayəndələri üçün nəzərdə tutulan hissə.

Prezident üçün olan hissədə iş otağı, yataq otağı, duş kabini və tualet yerləşir.

Təyyarə uzunmüddətli uçuşlardan ötrü nəzərdə tutulduğundan girişdə məhsulların saxlanılması üçün yer mövcuddur.

“İl-62”dən 10 ildən çoxdur ki, istifadə edilir.