“Ukrayna PUA-larla Krıma hücuma cəhd edib”

ukrayna-pua-larla-krima-hucuma-cehd-edib
Oxunma sayı: 1828

“Ukrayna tərəfinin pilotsuz uçuş aparatları (PUA) ilə Krım yarımadasında yerləşən obyektlərə kütləvi hücum edilməsi cəhdinin qarşısı alınıb”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkov deyib.

Onun sözlərinə görə, Ukraynaya məxsus 6 PUA hava hücumundan müdafiə vasitələri, daha 4 PUA isə radioelektron mübarizə vasitələri tərəfindən zərərsizləşdirilib.

Konaşenkov hadisə nəticəsində dağıntı və xəsarət alanların olmadığını bildirib.