“Qafqazinfo” xəbər verir ki, BMT-in humanitar məsələlər üzrə koordinasiya idarəsinin yaydığı məlumata görə, təkcə bir həftədə qaçqınların sayı 24 min artıb.
Hesabatda göstərilir ki, aprelin 16-da 800 min 961 ukraynalı qonşu ölkələrdə sığınacaq almaq, yaşamaq izni və ya digər leqal statuslar əldə etmək üçün sorğu göndərib.
Sənəddə qeyd edilir ki, 660 min ukraynalı hazırda Rusiyada, 81 min Belarusda yaşayır. Donbassı tərk edərək Ukraynanın digər yerlərinə köçənlər isə 1 milyon 228 min nəfərdir.
Hesabatda bildirilir ki, həmin şəxslər Ukraynanın digər rayonlarında “düşmən münasibəti” ilə üzləşirlər.
Son xəbərlər
Son Xəbərlər