Ukrayna Dağlıq Qarabağdakı qondarma seçkiləri tanımır.
“Qafqazinfo” oxu.az-a istinadən xəbər verir ki, bu barədə ölkə XİN-nin məlumatında deyilir.
“Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən bu “seçkilərin” hüquqi nəticələrə ola bilməz”, - deyə, Ukrayna XİN-nin bəyanatında qeyd olunur.
Ukrayna Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi və beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət prinsipləri əsasında həllinin lehinə çıxış edir.
Son xəbərlər
Son Xəbərlər