Ukrayna qaranlığa qərq oldu

ukrayna-qaranliga-qerq-oldu
Oxunma sayı: 4256

Ukraynanın bütün regionlarında generasiya gücünün azalması və zədələnməsi ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr tətbiq edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Ukrenerqo” sosial şəbəkələrdə məlumat yayıb.

“Saat 21.00-dan 24.00-a qədər “Ukrenergo” Ukraynanın bütün bölgələrində nəzarətli fövqəladə söndürmələr tətbiq etməyə məcburdur. Səbəb sistemdə elektrik enerjisinin əhəmiyyətli dərəcədə çatışmazlığıdır. Sabah, mayın 15-də sənaye istehlakçıları üçün elektrik enerjisinin məhdudlaşdırılması cədvəlləri gün ərzində qüvvədə olacaq”, - deyə şirkətdən bildirilib.