“Ukrayna Qərbin verdiyi silahlarla Rusiyanı vura bilər”

ukrayna-qerbin-verdiyi-silahlarla-rusiyani-vura-biler
Oxunma sayı: 1877

“Ukraynanın təcavüzkar ölkə Rusiyanın yanacaq ehtiyatlarına, arsenallarına hücum etmək üçün onun ərazisinə zərbələr endirmək hüququ var”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Silahlı Qüvvələr naziri Ceyms Hippi “Times Radio”ya müsahibəsində danışıb.

Onun sözlərinə görə, Ukrayna bunu ölkənin Silahlı Qüvvələrinə müttəfiq ölkələr tərəfindən verilmiş silahların köməyi ilə qanuni şəkildə edə bilər.

Müsahibə zamanı nazirə ünvanlanan “Biz ölkə olaraq ukraynalıların Rusiya ərazisinə hücum etmək hüququnu dəstəkləyirik?” sualına nazir belə cavab verib:

“Əlbəttə. Demək istəyirəm ki, Ukrayna suveren ölkə olaraq öz sərhədləri daxilində sülh şəraitində mövcud idi, sonra başqa bir ölkə bunu pozmağa qərar verdi. Bu, Ukrayna və Rusiya arasında müharibəni başlatdı. Ukrayna müharibədə Rusiyanın logistika xətlərinə, yanacaq ehtiyatlarına, silah anbarlarına hücum etməlidir. Bu, müharibənin bir hissəsidir”.