Ukrayna qlobal sülh sammitinə ev sahibliyi etmək istəyir

ukrayna-qlobal-sulh-sammitine-ev-sahibliyi-etmek-isteyir
Oxunma sayı: 1200

“Ukraynada qlobal sülh sammitinin keçirilməsini istərdik”.

“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermak deyib.

Onun sözlərinə görə, BMT Baş Assambleyası da daxil olmaqla, bir çox ölkə və platformalar sözügedən tədbirə ev sahibliyi etmək istəyir. 

Yermak qeyd edib ki, məsələ ilə bağlı məsləhətləşmələrdə Braziliya, Böyük Britaniya, Danimarka, Avropa İttifaqı, İtaliya, Hindistan, Kanada, Almaniya, Cənubi Afrika, Səudiyyə Ərəbistanı, ABŞ, Türkiyə, Ukrayna, Fransa və Yaponiya nümayəndələri iştirak edib.

Tərəflər arasında görüş Hiroşimada G7 sammiti zamanı başladılan dialoqun davamı kimi keçirilib.