Ukrayna qrupda sonuncudur

ukrayna-qrupda-sonuncudur
Oxunma sayı: 798

Mayın 11-də “UEFA U-17” Avropa çempionatının üçüncü turunun oyunları çərçivəsində turnirin “B” qrupunda yer alan Ukrayna ilə Bosniya və Herseqovina yığmaları qarşılaşıb.

Qafqazinfo” xəbər verir ki, xorvatiyalı baş hakim Fran Joviçin idarə etdiyi görüş Ukrayna millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunun hakim-inspektor funksiyasını həmyerlimiz Asim Xudiyev yetirib.

“8-ci Kilometr” qəsəbə stadionunda keçirilən matçda Bosniya və Herseqovinanın heyətində oyunun 38-ci, 41-ci dəqiqələrində Benyamin Xadic fərqlənib. Baş məşqçi Aleksandr Petrakovun komandasının qolunu isə 69-cu dəqiqədə Andrey Kulakov vurub.

Beləliklə, hesabında 7 xal olan Almaniya yığması “B” qrupunun lideridir. Avstriya komandası 6 xalla ikinci, Bosniya və Herseqovina millisi isə 3 xalla üçüncü pillədə qərarlaşıb. Hesabında 1 xalı olan Ukrayna millisi isə qrupda sonuncu yerdədir.