Ukrayna qüvvələri Rusiyanın helikopterini vurdu

ukrayna-quvveleri-rusiyanin-helikopterini-vurdu
Oxunma sayı: 1733

68-ci yeger alayının hava hücumundan müdafiə qüvvələri Rusiyanın Mi-24 helikopterini məhv edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə alayın feysbuk səhifəsində məlumat verilib. 

“68-ci yeger alayının hava hücumundan müdafiə bölmələri sayəsində vurulan düşmən təyyarələrinin sayı daha bir artdı. Mi-24 helikopteri Rusiya gəmisinin ardınca “uçdu””, - deyə qeyd edilib. 

Bu, alayın döyüşçülərü tərəfindən məhv edilən 5-ci helikopterdir.