Ukrayna Radası yaxınlığında toqquşma olub, xəsarət alanlar var

ukrayna-radasi-yaxinliginda-toqqusma-olub-xesaret-alanlar-var
Oxunma sayı: 1777

Ukrayna Ali Radasının binası yaxınlığında qarşıdurma baş verib.

“Qafqazinfo” Ukrayna mediasına istinadən xəbər verir ki, baş verən qarşıdurma zamanı 18 hüquq-mühafizə orqanı əməkdaşı və sahibkarların mitinqinin üç iştirakçısı xəsarət alıb.

“Aksiyanın fəal iştirakçılarının özlərini aqressiv aparması, Ali Radanın mühafizə olunan ərazisinə polisin sərhəddini yarmağa cəhd göstərməsi və toqquşma təşkil etməsi səbəbindən etirazçılarla hüquq-mühafizə orqanları əməkdaşları arasında toqquşma yaranıb. Etirazçılar polis əməkdaşlarının asayişi bərpa etmək üçün öz hərəkətlərini dayandırmaq barədə dəfələrlə tələblərinə heç bir reaksiya verməyiblər, polis dərhal vəziyyətə müdaxilə edərək onları geri itələdi. 18 polis əməkdaşı və aksiyanın 3 iştirakçısı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının qanuni tələblərinə müqavimət göstərən və qanunsuz hərəkətlər edən iştirakçılar Peçersk polis şöbəsinə aparılıb”, - Ukrayna milli polisinin yaydığı məlumatda deyilir.

Baş vermiş hadisə ilə əlaqədar cinayət işi açılıb.