Ukrayna Ali Radasında deputatların növbəti davası baş verib.
“Qafqazinfo” Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu dəfə davanın baş verməsinə səbəb “Müxalifət bloku” fraksiyasının nümayəndəsi Aleksandr Vikulanın rus dilində çıxış etməsi olub. Bu isə digər həmkarlarının qəzəbinə səbəb olub. “Xalq Cəbhəsi” partiyasından Yuri Timoşenko Vikulanı tribunadan düşürməyə çalışanda aralarında toqquşma yaşanıb. Bu səbəbdən vitse-spiker İrina Qeraşenko iclası vaxtından əvvəl bağlamalı olub.
Son xəbərlər
Son Xəbərlər