“Ukrayna Rusiya ilə danışıqlara hazırdır”

ukrayna-rusiya-ile-danisiqlara-hazirdir
Oxunma sayı: 2613

“Kiyev beynəlxalq hüquq normalarına riayət etmək şərti ilə Moskva ilə danışıqlar masası arxasına oturmağa hazırdır”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna prezidentinin aparatının müşaviri Mixail Podolyak deyib.

 “Danışıqlar, şübhəsiz ki, lazımdır, lakin Ukrayna açıq şəkildə deyir: gəlin bir konsepsiya kimi beynəlxalq hüquqa əsaslanan şərtlərlə danışıqlar aparaq”, - o bildirib.

Siyasətçi vurğulayıb ki, bu konsepsiyanın əsasını Ukraynanın ərazi bütövlüyü və suverenliyi təşkil edir.