Ukrayna-Rusiya sərhədində silahlı insident - Ölən var

ukrayna-rusiya-serhedinde-silahli-insident
Oxunma sayı: 3452

Üç silahlı şəxs Ukrayna sərhədini keçərək Rusiyaya daxil olmağa çalışıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

Hadisə bu gün Belqorod yaxınlığındakı sərhəddə baş verib.

“Qanunu pozanları tutmağa çalışarkən silahlı müqavimət göstərdilər. Cavab atəşi nəticəsində onlardan biri ölümcül yaralandı, ikisi Ukrayna ərazisinə qaçdı”,- deyə açıqlamada bildirilib.

Hadisənin digər təfərrüatları hələ açıqlanmayıb.