Ukrayna Rusiya tankerini saxladı - Göyərtəsində 15 nəfər var+ Yenilənib

ukrayna-rusiya-tankerini-saxladi
Oxunma sayı: 1611

Ukrayna Təhlükəsizlik Xidməti Rusiyaya məxsus NEYMA tankerini saxlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə qurumun Mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, tanker Kerç boğazında Ukrayna gəmilərinin hərəkətinə maneəçilik törətdiyi üçün saxlanılıb.

Məlumata görə, NEYMA 2018-ci ilin noyabrında Kerç boğazında baş verən insident zamanı Ukrayna gəmilərinə maneə törədib. Rusiyanın bayrağı altında üzən tanker iyulun 24-də İzmail limanına daxil olub. Gəminin sahibləri onun adını dəyişdirərək NIKA SPIRIT qoyublar ki, “onun Kerç boğazında baş verənlərə aidiyyatı ortaya çıxmasın”.

Ekipaj üzvləri dindirilib. Gəminin həbsi üçün hazırda vəsatət hazırlanır.

***

“İnterfaks” hadisə ilə tanışlığı olan mənbəyə istinadən xəbər verir ki, NEYMA-nın göyərtəsində 15 Rusiya vətəndaşından ibarət ekipaj üzvləri yer alıb.