Ukrayna Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi

ukrayna-rusiya-vetendaslarina-sanksiya-tetbiq-etdi
Oxunma sayı: 1567

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası beş rusiyalı, üç ukraynalı və 19 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.

"Qafqazinfo" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə şuranın mətbuat katibi Aleksey Danilov jurnalistlərə açıqlamasında deyib. Məhdudiyyətlər tətbiq olunan şəxslər siyahısına Vatskovski Konstantin Borisoviç, Boyçenko Vitali Valeryeviç, Lısoqor Sergey Viktoroviç, Maslyuk Aleksandr Nikolayeviç, Popov Mixail Yuryeviç daxildir. Onlar hamısı Rusiya vətəndaşlarıdır.

Sanksiya qoyulan Ukrayna vətəndaşları isə "Müxalif platforma - Həyat üçün" partiyasının lideri Viktor Medvedçuk və onun həyat yoldaşı, "112 Ukraina", Newsone və ZIK telekanallarının rəhbəri Taras Kozakın vətəndaş nikahında olduğu Natalya Lavrenyukdur.