Ukrayna Rusiyadakı diplomatlarını təxliyə edir

ukrayna-rusiyadaki-diplomatlarini-texliye-edir
Oxunma sayı: 2502

Ukraynanın Xarici İşlər Nazirliyi ölkənin Moskvadakı səfirliyində çalışan əməkdaşları təxliyə edir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.

Ukrayna XİN ölkənin müvəqqəti işlər vəkili Vasili Pokotilonu da Ukraynadakı vəziyyətlə bağlı məsləhətləşmələr üçün geri çağırıb.

Məlumata görə, Rusiyanın Ukraynadakı səfirliyi tam olaraq təxliyə olunub və bütün rusiyalı diplomatlar ölkəni tərk ediblər.