Ukrayna rusiyalı biznesmenlərə sanksiya tətbiq edir

ukrayna-rusiyali-biznesmenlere-sanksiya-tetbiq-edir
Oxunma sayı: 867

Ukrayna prezidenti Petro Poroşenko rəsmi Kiyevin rusiyalı biznesmenlərə qarşı sanksiya tətbiq edəcəyini açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, prezident sanksiyaların yaxın günlərdə tətbiq ediləcəyini vurğulayıb:

“Bir neçə gün əvvəl mən Ukrayna Təhlükəsizlik Xidmətinə, Nazirlər Kabinetinə, Milli Təhlükəsizlik və Müdafiə Şurasına tapşırıq verdim ki, müvafiq qərarın layihəsi hazırlansın. Yaxın günlərdə layihə Şuranın iclasına çıxarılacaq və sanksiya tətbiq ediləcək. O, ABŞ hökumətinin qərarına maksimum şəkildə uyğunlaşdırılacaq”.

Qeyd edək ki, daha əvvəl ABŞ 24 rusiyalı biznesmen və məmuru, həmçinin 15 şirkəti  sanksiya siyahısına salmışdı.