Ukrayna rusiyalı dənizçiləri buraxdı

ukrayna-rusiyali-denizcileri-buraxdi
Oxunma sayı: 1101

Ukraynada saxlanılan rusiyalı dənizçilər sərbəst buraxılıb.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, bu haqda Kiyevdəki Rusiya səfirliyinin mətbuat nümayəndəsi Denis Qolenko bildirib. Onun sözlərinə görə, “Neyma” tankerinin heyət üzvü vətənə gönədərilsə də, gəmi bir müddət İzmaildə saxlanılacaq.

Dənizçilər Moldovaya, oradan isə Moskvaya yola salınıb.

Xatırladaq ki, bu gün Ukrayna Təhlükəsizlik Xidməri Kerç boğazında sonradan adı “Nika Spirit”ə dəyişdirilən “Neyma” tankerini ələ keçriiblər. Göyərtədə 15 rusiyalı dənizçi olub. Tanker Ukrayna gəmilərinə maneə törətməsi iddiası ilə saxlanılıb.