Ukrayna Rusiyanın 81 hücumunun qarşısını aldı

ukrayna-rusiyanin-81-hucumunun-qarsisini-aldi
Oxunma sayı: 1468

“Ukrayna Rusiyanın 81 hücumunun qarşısını alıb”.

“Qafqazinfo” xəbər verir ki,  bununla bağlı Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bildirib ki, Ukrayna qüvvələri 5 istiqamətdə Rusiyanın 81 hücumunu dəf edib:

“Düşmən dövlətimizin kritik infrastrukturunu məhv etməyə çalışır, hücumları davam etdirir, mülki obyektləri və mənzilləri ağır silahlarla hədəfə alır”.

Həmçinin, Ukrayna hava qüvvələrinin son 1 gündə rus əsgər və texnikasının cəmləşdiyi ərazilərə 4 dəfə zərbə endirdiyi də bildirilib.