“Hazırda Rusiyanın 1000 kvadrat kilometrə yaxın ərazisi Ukrayna ordusunun nəzarəti altındadır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski Baş Qərargahın iclasında bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenski əlavə edib ki, Rusiya öz etdiklərinin cavabını alır: “Bütün hərbçilərimizə göstərdikləri mətanətə və qətiyyətli hərəkətlərinə görə minnətdarıq”.
Rusiya lideri Vladimir Putin isə hücumu böyük təxribat adlandırıb.
Qeyd edək ki, indiyə qədər Kursk vilayətindən 121 min sakin təxliyə edilib. Daha 59 min nəfərin köçürülməsi həyata keçiriləcək.