Ukrayna Rusiyanın daha bir neçə döyüş qırıcısını vurdu

Ukrayna Rusiyanın daha bir neçə döyüş qırıcısını vurdu
Oxunma sayı: 3173

Ukrayna Silahlı Qüvvələri Rusiyanın dörd döyüş təyyarəsini, dörd komanda məntəqəsini, canlı qüvvə və texnikasının cəmləşdiyi 20-dən çox ərazini vurub.

“Qafqazinfo” “Unian”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Yerüstü bölmələrin hərəkətlərini təmin etmək üçün Müdafiə Qüvvələrinin aviasiyası 19 zərbə endirib. Düşmənin canlı qüvvə və hərbi texnikasının cəmləşdiyi 14 məntəqənin və zenit-raket komplekslərinin 5 mövqeyinin vurulduğu təsdiqlənib", - deyə məlumatda bildirilir.

Bundan əlavə, hava hücumundan müdafiə bölmələri rusların bir Su-25, iki Su-30 və bir Su-34, beş PUA və bir qanadlı raketini məhv edib.