Ukrayna Rusiyanın SWIFT-dən ayrılmasını tələb etdi

ukrayna-rusiyanin-swift-den-ayrilmasini-teleb-etdi
Oxunma sayı: 6405

"Biz Rusiyanın SWIFT-dən ayrılmasını tələb edirik".

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Tvitter hesabında yazıb.

“Aİ-nin Rusiyaya qarşı əlavə sərt sanksiyalar paketi yaxınlaşır. Bütün detalları Fransa Prezidenti Emmanuel Makronla müzakirə etdik.

Biz Rusiyanın SWIFT-dən ayrılmasını, Ukrayna üzərində uçuşa qadağa zonanın tətbiqini və təcavüzkarın qarşısını almaq üçün digər təsirli addımları tələb edirik”, - o qeyd edib.