Ukrayna Rusiyaya nota göndərdi

ukrayna-rusiyaya-nota-gonderdi
Oxunma sayı: 1328

Rusiya müdafiə naziri Sergey Şoyqu iyunun 16-da Krıma səfər edib.

Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Ukrayna Şoyqunun Krım səfərinə görə Rusiya Xarici İşlər Nazirliyinə nota göndərib. Bu barədə Ukrayna XİN-nin mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, Rusiya baş naziri Dmitri Medvedev də mayda Krıma səfər etmişdi. Ukrayna o zaman da Rusiya XİN-nə nota göndərmişdi.