Ukrayna sammitinə ev sahibliyi edəcəklərini təsdiqlədi

ukrayna-sammitine-ev-sahibliyi-edeceklerini-tesdiqledi
Oxunma sayı: 1887

Böyük Britaniyanın Baş naziri Kir Starmer gələn həftə sonu Ukraynadakı münaqişəni müzakirə etmək üçün Avropa liderlərinin görüşünü təsdiqləyib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, o bu haqda mətbuat konfransında danışıb.

“Mövcud vəziyyət fonunda müttəfiqlərlə necə irəliləyəcəyimizə dair müzakirələri davam etdirmək üçün həftə sonu bir sıra ölkələri qəbul edəcəyəm”, – Starmer qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Britaniya hakimiyyətinin Avropa liderləri səviyyəsində görüşün təşkili ideyasını nəzərdən keçirdiyi bildirilirdi. Görüşün məqsədi isə Ukrayna ətrafındakı vəziyyəti nizamlamaq olacaq.