Ukrayna Savçenkonu ölkəsinə qaytarmaq üçün - İşə başladı

ukrayna-savcenkonu-olkesine-qaytarmaq-ucun
Oxunma sayı: 885

Ukrayna Ədliyyə Nazirliyi Rusiyada həbsdə olan pilot Nadejda Savçenkonun ölkəsinə qayıtmaq üçün etdiyi müraciətə müsbət reaksiya verib.

“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, Savçenkonun Ukraynaya qayıtmaq üçün prosedurların başlaması üçün müraciətinə cavab olaraq Ədliyyə Nazirliyi bu istiqamətdə işlərə başlayıb. Bu barədə “Xalq Cəbhəsi” partiyasının deputatı Maksim Burbak məlumat verib.

Xatırladaq ki, Rusiyada mühakimə olunan Savçenko Donbassda gedən döyüşlərdə iki rus jurnalistin ölümündə günahkar bilinib və 22 il azadlıqdan məhrum edilib.