Ukrayna seçkilərin ikinci turuna gedir

ukrayna-seckilerin-ikinci-turuna-gedir
Oxunma sayı: 1276

Ukrayna Mərkəzi Seçki Komissiyası ölkədə ikinci turun keçiriləcəyini açıqlayıb.

“Qafqazinfo”nun “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə qurumun nümayəndəsi Tatyana Slipaçuk bildirib.

Onun sözlərinə görə, seçkilər aprelin 21-də baş tutacaq.

Məlumata görə, səslərin 62,74 faizi hesablanıb. Vladimir Zelenski 30,40 faiz, Petro Poroşenko 16,34 faiz səs toplayıb.

Yuliya Timoşenko isə 13,09 səslə üçüncü yerdə qərarlaşıb.