Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski göstərilən humanitar yardıma görə təşəkkür edib.
“Qafqazinfo” xəbər verir ki, səfir Tvitter səhifəsində yazıb:
“Ukrayna son dərəcə vacib humanitar yardım almağa başladı: Rusiya Federasiyasının silahlı hücumundan zərər çəkmiş şəxslərə dərmanlar və tibbi avadanlıqlar verilir. Biz Ukraynaya əməli dəstəyə görə dost Azərbaycana dərin təşəkkürümüzü bildiririk!”.

Son xəbərlər
Son Xəbərlər