Ukrayna silah alır

ukrayna-silah-alir
Oxunma sayı: 865

Ukrayna Kanadadan silah alacaq.

Qafqazinfo” xəbər verir ki, bu barədə Ukraynanın Ottavadakı səfiri Andrey Şevçenko bildirib. Onun sözlərinə görə, hər iki ölkə müdafiə və ticarət sahəsində əməkdaşlıq etmək üçün sazişlər imzalamağa hazırdır.

Səfir sözügedən müqavilələrin Kanadanın baş naziri Castin Tradeau və prezident Pyotr Poroşenko arasında imzalanacağını deyib. Şevçenko onu da qeyd edib ki, müqavilələrin imzalanması nazir Tradeaunun Ukraynaya səfər edəcəyi günə də qala bilər.

Qeyd edək ki, Kanadanın baş naziri Castin Tradeaunun gələn həftə Ukraynaya səfəri planlaşdırılır.

Aysel Kərimova