Ukrayna silah idxalına görə üçüncü oldu

ukrayna-silah-idxalina-gore-ucuncu-oldu
Oxunma sayı: 1900

Ukrayna 2022-ci ildə silah idxalının həcminə görə üçüncü yerdə qərarlaşıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) yaydığı məlumatda qeyd olunub.

Bildirilir ki, Ukrayna 1991-ci ildən 2021-ci ilin sonuna qədər az sayda əsas silah-sursat növləri idxal edib.

“ABŞ və bir çox Avropa ölkələrinin hərbi yardımı sayəsində Ukrayna Rusiyanın fevralın 22-də hücumundan sonra ötən il dünyada əsas silah növlərinin idxalına görə üçüncü pillədə yer alıb və 2018-22-ci illər üzrə 14-cü nəhəng silah idxalçısı olub”, - deyə məlumatda bildirilir.

Həmçinin vurğulanır ki, 5 il ərzində dünya üzrə silah idxalının 2,0%-i Ukraynanın payına düşüb.